Rusiyanın Taymır yarımadasında yerləşən meteoroloji stansiyaya yaxınlaşan qütb ayısı dörd itin hücumu nəticəsində ərazidən uzaqlaşdırılıb.
Musavat.com xəbər verir ki, ayı stansiya əməkdaşları və qütb tədqiqatçıları üçün təhlükə yaradıb. Hadisə zamanı itlər heyvanın qarşısını almaq üçün ona hücum edərək ərazidən qovmağa nail olublar.
Bildirilir ki, “Muxa” adlı it ayı ilə qarşıdurma zamanı iki dərin yara alıb. Digər itlərin vəziyyəti barədə əlavə məlumat verilməyib.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Məlumata görə, insident meteoroloji stansiyanın yaxınlığında qeydə alınıb.
Musavat.com