“Ağdam Batalyonu”nda döyüşən qazi vəfat etdi - FOTO

Azərbaycanda daha bir qazi dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, Allahverdiyev Əli Yusif oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib.

Ağdamın Seyidli kənd sakini olan Əli Allahverdiyev Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev tərəfindən yaradılan “Ağdam Ərazi Özünümüdafiə Batalyonu”nun ilk döyüşçülərindən biri olub. O, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib, ağır və şərəfli döyüş yolu keçib.

Allah rəhmət eləsin!

ağdam.jpg (186 KB)


Şahanə Rəhimli
Musavat.com

24.05.2026 14:09
545