Ağdamda pilləkəndən yıxılan kişi öldü

Ağdam şəhərində 71 yaşlı kişi yıxılaraq həyatını itirib.

Musavat.com apa-ya istinadən xəbər verir ki, şəhər sakini, 1955-ci il təvəllüdlü Baxşeyiş Əmirov yaşadığı evin pilləkənindən yıxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

30.06.2026 15:03
472