Ağdaşda iki yük maşını toqquşdu - Ölən var

Bu gün saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində "Mercedes " markalı iki yük avtomobili toqquşub.

Musavat.com unika-a istinadən xəbər verir ki, qəza nəticəsində "Mercedes Atego" markalı avtomobilin sürücüsü, 46 yaşlı Cabbar Cabbarov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

28.08.2026 13:12
588