Ağır qəza BAŞ VERDİ: Ər-arvad öldü

Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb. Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N. Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.

Avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.(APA)

14.07.2026 16:25
970