AĞIR QƏZA: ölən və xəsarət alanlar var

Goranboy-Naftalan yolunda “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Musavat.com APA-ya istinadla xəbər verir ki, qəzanın zəncirvari olduğu bildirilir.

Goranboy-Naftalan yolunda baş verən zəncirvari yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

22.08.2026 21:45
1138