Almaz Hacıyeva vəfat etdi

Sovet illərində Ağdaş və Saatlı rayonlarına rəhbərlik etmiş Almaz Hacıyeva vəfat edib.

O, yaşla əlaqədar keçirdiyi xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Almaz Hacıyeva 1978-82-ci illərdə Ağdaş, 1982-87-ci illərdə isə Saatlı rayonunun birinci katibi (indiki icra başçısı) vəzifəsini icra edib./qafqazinfo.az/

 

25.05.2026 09:59
1383