Anar Bayramov Nərimanov Tibb Mərkəzinə yeni direktor TƏYİN ETDİ

Nərimanov Tibb Mərkəzinə yeni direktor təyinatı olub. 

Musavat.com “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Təranə Əmirxan qızı Quliyeva təyin olunub.

Qeyd edək ki, T.Quliyeva bu təyinatadək Şağan Reabiltasiya Pansionatının direktoru vəzifəsində çalışıb.

29.07.2026 10:32
1283