Arxdan meyit tapıldı

Zərdab sakininin su arxından meyiti tapılıb.

Musavat.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

05.07.2026 17:55
711