Avropa İttifaqı rəhbərliyi Baltik ölkələrinə gedir

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Baltik ölkələrinin hava məkanında dronlarla bağlı yaranmış vəziyyəti müzakirə etmək üçün bu gün Litvaya səfər edəcək.

Musavat.com Politico-ya istinadən xəbər verir ki, Avropa Komissiyasının prezidenti səfəri zamanı Baltik ölkələrinin liderləri ilə onların hava məkanında son dron hadisələrinə cavab  tədbirlərini əlaqələndirmək üçün görüşəcək. Qəzetin məlumatına görə, səfərdə həmçinin Avropa Komissiyasının flaqman maliyyələşdirmə və planlaşdırma proqramları çərçivəsində birgə müdafiə imkanlarının gücləndirilməsinə diqqət yetiriləcək.

Qeyd edək ki, mayın 20-də Litvanın şərqində və paytaxtda həmin istiqamətdə dron uçuşları təhlükəsi səbəbindən hava hücumu xəbərdarlığı verilib. Ölkə rəhbərliyi sığınacaqlara aparılıb. Qatar və hava nəqliyyatı dayandırılıb. Böyük ticarət mərkəzləri bağlanıb. Xəstəxanalar və məktəblər təxliyə edilib. Xəbərdarlıq təxminən iki saat davam edib.

 Musavat.com

25.05.2026 08:14
247