Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Komissiyanın Aİ-nin 2028-2034-cü illər üçün yeddi illik büdcə planını 2 trilyon avroya çatdırmaq təklifini təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu, 2021-2027-ci illər üçün mövcud büdcə planından 800 milyard avro çoxdur. Lyayenin Brüsseldə Avropa Parlamentində keçirilən büdcə dinləməsində verdiyi məlumata görə, bu, həm də Aİ tarixində ən böyük büdcə planlamasıdır: "Bu, Avropa İttifaqında təxminən 2 trilyon avroya bərabər olan ən böyük çərçivə büdcə planıdır".
O, yeni büdcəyə 52 hədəf proqramının daxil olacağını bildirib ki, bunlara həmçinin Aİ-nin depressiyaya uğramış bölgələrinin inkişafı üçün 218 milyard avro və Avropa kənd təsərrüfatını dəstəkləmək üçün əsas alət olan Ümumi Kənd Təsərrüfatı Siyasəti (CAP) üçün 294 milyard avro daxildir.
Musavat.com