Avropa liderləri və Zelenski Trampla videogörüş keçirəcək

ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski və bir qrup Avropa lideri 27 dekabr şənbə günü Ukrayna sülh danışıqları ilə bağlı onlayn görüş keçirmək niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumatı Axios mənbələrə istinadən yayıb. Nəşr bildirib ki, məlumatı Ukrayna rəsmisi açıqlayıb: "Zelenski, Tramp və bir qrup Avropa liderinin şənbə günü danışıqlar barədə hər kəsi məlumatlandırmaq üçün konfrans zəngi keçirməsi gözlənilir".

 

Musavat.com

 

26.12.2025 23:07
405