Avropa “Lukoil” aktivləri uğrunda mübarizəyə başladı

ABŞ-ın sanksiyalarından sonra Avropa ölkələri “Lukoil” şirkətinin xaricdəki aktivləri uğrunda açıq rəqabətə girişiblər.

Musavat.com xəbər verir ki, “Bloomberg” analitikləri bu vəziyyəti enerji təchizatında mümkün fasilələrlə bağlı narahatlıq kimi izah edirlər.

Bildirilir ki, Finlandiyada “Teboil” yanacaqdoldurma məntəqələrində yanacaq tükənmək üzrədir, Bolqarıstandakı “Lukoil” neft emalı zavodunda isə iş yerlərinin itirilməsi riski yaranıb.

Ekspertlərin fikrincə, sanksiyalar nəticəsində yaranan bu gərginlik yaxın günlərdə Avropa enerji bazarına ciddi təsir göstərə bilər. 

 

Musavat.com 

12.11.2025 01:04
685