Avtomobillər toqquşdu, biri mağazaya çırpıldı - VİDEO

Gəncədə yol qəzası olub.

hadisə şəhərin Təbriz və Cavad Rəfibəyli küçələrinin kəsişməsində baş verib.

“Chevrolet” markalı avtomobil “Prius” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən “Chevrolet” mağazaya çırpılıb. Nəticədə, sürücü müxtəlif bədən xəsarətləri alıb. O, yaxınlıqdakı xəstəxanaların birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.\\qafqazinfo.az

 

 

 

07.09.2026 16:16
641