Ayandan qızı ilə bağlı paylaşım - FOTO

Müğənni Ayan Babakişiyeva qızı Selena ilə bağlı paylaşımıyla diqqət çəkib.

Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında qızını məktəbə yola saldığı anları izləyiciləri ilə bölüşüb.

Ayan Babakişiyeva paylaşımında övladına xoş arzularını çatdıraraq onun həyat yolunun daim açıq olmasını diləyib.

Sənətçi qızına müraciətlə duyğusal sözlər yazıb:

“Yolun açıq olsun, ağıllı qızım. Həyatımın anlamı, gözəl Selenam... Allah bütün balaları qorusun”.

Ayanın paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb. Müğənninin qızına olan sevgisini ifadə etdiyi sözlərə çoxsaylı bəyənmə və xoş rəylər gəlib.

Qeyd edək ki, Ayan Babakişiyeva sosial şəbəkə hesabında zaman-zaman şəxsi həyatından, ailəsi və övladı ilə bağlı müxtəlif anlardan fotolar və görüntülər paylaşır.

Könül
Musavat.com

14.09.2026 17:18
890