“Azca gəzən kimi yoruluram, təzyiqim düşür” - 84 yaşlı Ofeliya Sənani səhhətindən danışdı

“Bütün günü evdə oluram. Evin içində azca gəzən kimi başım fırlanır, tez gəlib divanda əyləşirəm”.

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib.

Səhhətindən gileylənən diktor bildirib ki, yeriməkdə çətinlik çəkir:

“Çölə çıxa bilmirəm, ancaq evin içində hərəkət edirəm. Qan təzyiqim tez-tez düşür, qalxır. İynələr vurulur, heç nə təsir etmir. Görünür, yaş öz sözünü deyir. Özümü o qədər də yaxşı hiss etmirəm. Çalışıram ki, başımı nə iləsə qatım”.

Ofeliya Sənani deyib ki, zəif qidalanır:

“Əvvəlki kimi iştaham yoxdur, az yeyirəm”.

Xatırladaq ki, 84 yaşlı Xalq artisti bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona infarkt diaqnozu qoyulmuşdu.

Şahanə Rəhimli
Musavat.com

02.01.2026 15:39
1588