Azər Aydəmir ilk dəfə həyat yoldaşından danışdı

Tanınmış aktyor Azər Aydəmir aparıcı Ulvira Qarayevanın "Astar TV"də yayımlanan proqramına qonaq olub.

Musavat.com xəbər verir ki, aktyor verilişdə ilk dəfə ailə həyatı barədə danışıb və həyat yoldaşı ilə tanışlığından söz açıb.

Azər Aydəmir bildirib ki, xanımı ilə tanışlığının ilk günlərindən onunla evlənəcəyini hiss edib və bunu qarşı tərəfə də açıq şəkildə deyib.

Aktyor qeyd edib ki, xanımı ailə həyatında hər zaman arxa planda qalmağa üstünlük verir və özü də onun göz önündə olmasını istəmir.

Könül
Musavat.com 

 

12.08.2026 15:18
841