Azərbaycan 6 ölkə ilə vizanı ləğv edir

Milli Məclisin plenar iclasında Azərbaycanla bir sıra ölkələr arasında mövcud olan diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad edən anlaşmaları əhatə edən qanun layihələri müzakirəyə çıxarılıb.

Mudavat.com qarşılıqlı anlaşmaları əhatə edən qanun layihələrini təqdim edir:

“Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi;

“Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi;

“Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi;

“Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi;

“Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi;

“Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi.

Xəbər verdiyimiz kimi, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi də müzakirəyə çıxarılaraq qəbul edilib.

Qanun layihələrinin təqdimatından və müzakirələrdən sonra məsələlər səsverməyə çıxarılıb, qəbul olunub.

E.Paşasoy,
Musavat.com

25.11.2025 12:40
5781