Azərbaycan bu Avropa ölkəsində səfirlik açır

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, komitə sədri Səməd Seyidovun təqdimatından, digər deputatların çıxışlarından sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Musavat.com

12.06.2026 14:46
736