“Azərbaycan kişisi atalıq məzuniyyəti götürməz!” - Bakı sakinlərindən ŞOK cavablar

Azərbaycanda yeni ata olanlar ödənişli məzuniyyətə çıxa biləcək. Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Qeyd edək ki, atalıq məzuniyyəti əvvəl də var idi, sadəcə olaraq bu, ödənişsiz məzuniyyət kimi nəzərdə tutulurdu. İndi isə bunun ödənişli əsaslarla verilməsi təklif olunur.

Amma bir sual yaranır ki, Azərbaycanda kişilər həqiqətən bu məzuniyyətə çıxacaqmı? Bəziləri hesab edir ki, Azərbaycan kişilərinin böyük qismi hələ də bu addımı atmağa çəkinəcək. Çünki buna təsir edən başlıca səbəblər var. Məsələn, “kişi evdə uşaq saxlamaz” kimi köhnəlmiş təsəvvürlər, atalıq məzuniyyətinə çıxmağın “qeyri-ciddi görünməsi” kimi yanlış fikirlər, kişinin evdə olmasının ailə büdcəsinə təsir edəcəyi qorxusu və sairə.

Bəs Bakı sakinləri bu haqda necə düşünür?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyinin öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray,
Rafət Şahbazov,
Musavat.com

04.12.2025 19:09
983