Azərbaycan neft məhsullarının idxalı İrəvanda “kommersiya sirri” elan edildi

Ermənistana Azərbaycan mənşəli neft və neft məhsullarının idxalı prosesi ilə bağlı detallar açıqlanmır.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bu gün – 15 dekabrda Milli Assambleyada jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazirin sözlərinə görə, mövzu kommersiya xarakteri daşıyır və əlavə məlumat vermək mümkün deyil:

“Bununla bağlı yalnız onu təsdiqləyə bilərəm ki, məsələ kommersiya sirridir. Daha artıq heç nə deyə bilmərəm”, – deyə Papoyan vurğulayıb.

Musavat.com 

 

15.12.2025 18:42
540