Azərbaycan neftinin qiyməti 100 dolları ötdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Musavat.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.29 dollar və ya 3,34% artaraq 101.87 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 98.58 ABŞ dolları təşkil edib.

01.08.2026 10:26
1272