Azərbaycanda dəhşətli qəza: 2 ölü, 4 yaralı

Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Musavat.com Report-a istinadla bildirir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, "Prado" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

20.07.2026 18:52
873