Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Xəsarət alanlar var - FOTOLAR

Ucarda yol qəzası olub.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşını ilə “Hyundai” markalı minik maşını toqquşub. Nəticədə 6 nəfər xəsarət alıb.

Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.



15.08.2026 19:13
1028