Azərbaycanda həkim vəfat edib

Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkimi, travmatoloq-ortoped Natiq Füzuli oğlu Həsənov vəfat edib.

Bu barədə xəstəxana məlumat yayıb.

Bildirilib ki, 1982-ci il təvəllüdlü həkim Natiq Həsənov bu gün dünyasını dəyişib.

Məlumata görə, onun ölümünə beynə qan sızması səbəb olub.//Oxu.Az

27.02.2026 22:12
1762