Azərbaycanda iş adamı faciəvi şəkildə ölüb

Bakıda fəaliyyət göstərən “Öz geyim” mağazalar şəbəkəsinin sahibi Şamil Qədirov faciəvi şəkildə ölüb.

Musavat.com-un Teleqraf-a istinadla məlumatına görə, fərdi sahibkar yaşadığı ünvanda canına qəsd edib.

Əslən Salyan rayonundan olan Ş.Qədirov ailəli idi, iki azyaşlı övladı var.

İş adamının ölümü ilə bağlı araşdırma aparılır.

17.03.2026 09:02
2195