Azərbaycanda son 24 saatda YEDDİNCİ ZƏLZƏLƏ

Şamaxıda son 24 saatda yeddinci zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, ötən gün üç zəlzələ qeydə alınıb.

Bu gün isə yerli vaxtla 00:36, 02:01, 03:38 və 06:34-də yeraltı təkanlar baş verib.

Zəlzələlərin maqnitudası 3-3.8 arasında dəyişib.

Yeraltı təkanlar episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

 

28.02.2026 08:24
5250