Azərbaycanda zəlzələ oldu

 

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Musavat.com-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 07.56-da baş verib.

3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub. Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.

18.01.2026 09:27
1596