Azərbaycanda zəlzələ oldu

İmişlidə zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, 21:53-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 26 km olub.

Zəlzələ hiss edilməyib.

03.08.2026 22:36
1413