Azyaşlıların gözü qarşısında qətl: 15 yaşlı şübhəli saxlanıldı

Cəlilabad rayonunda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, 2011-ci il təvəllüdlü Anar Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, A. Əzizov dayısının həyat yoldaşı - 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı qətlə yetirməkdə şübhəli bilinir.

***

Qeyd edək ki, hadisə ilə bağlı ortaya çıxan ilkin məlumatlara görə, A.Əzizovun psixoloji problemlərinin olduğu bildirilir. Ailəsi Rusiyada yaşayan yeniyetmə bir müddətdir dayısının evində qalırmış. Hadisə baş verən zaman dayısı evdə olmayıb. İddialara əsasən, o, kəsici alətlə dayısının həyat yoldaşı Səidə Cəfərovaya hücum edib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı evdə mərhumun iki azyaşlı övladı da olub. Uşaqlar qonşuların yanına qaçaraq qətl barədə məlumat veriblər.

04.06.2026 01:29
340