Aǧcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Ağcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.

Musavat.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd edilib ki, araşdırmalarla yanğının rayon sakini A.Xəlilov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 70 sot əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

11.08.2026 15:03
708