Bakı Metropoliteni “Nərimanov” stansiyasında bərpa işlərinə başladı

Bakı Metropoliteni tərəfindən “Nərimanov” stansiyasının 4-cü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Qurum təmir müddətində sərnişinlərin 5 saylı çıxışdan istifadə etmələrini xahiş edir.

Qeyd edək ki, işlərin noyabrın sonunadək tamamlanması nəzərdə tutulub.

Image 1 of 2

Image 2 of 2

13.11.2025 12:40
894