Bakı-Qazax yolunda nəqliyyatın sıxlığı YARANDI

Bakı-Qazax yolunun 104-cü kilometrində, paytaxt istiqamətində aparılan təmir işləri ilə əlaqədar yaranmış sıxlığın aradan qaldırılması istiqamətində YPX əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, yol sahəsinə əlavə naryad qrupları ayrılıb. YPX əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.

23.11.2025 22:34
1076