Bakıda ağır qəza: Qadını vurdu, sonra “Prius”a çırpıldı

Bakıda avtomobil piyadanı vurub.

Hadisə Sabunçu rayonunda baş verib.

Şahverənov Namik Natiq oğlu idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Seyidcanova Ramilə İldırım qızını vurub. Daha sonra “Toyota Prius” markalı avtomobilə çırpılıb. Nəticədə R. Seyidcanova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb.  (lent.az)

12.09.2026 17:09
826