Bakıda BƏDBƏXT HADİSƏ: 65 yaşlı kişi öldü

Bakıda 65 yaşlı kişi daş karxanasında bədbəxt hadisə nəticəsində ölüb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, Cəlilabad rayon sakini, 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev daş karxanalarının birində iş görərkən ehtiyatsızlıqdan ölüb.

İlkin məlumata görə, o, mişardan aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

16.08.2026 18:06
949