Bakıda davam edən güclü külək hansı fəsadlara yol açıb?

İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb.

Bu barədə Musavat.com-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda 40 ağacın budaqlarının qırılması qeydə alınıb.

Birliyin növbətçi briqadaları sınan ağaclar və qırılan budaqları götürərək ərazini təmizləyiblər.

05.02.2026 09:40
677