Bakıda magistralla qaçan cins atlar kimindir? - VİDEO

Bakı-Şamaxı yolunun Hökməli dairəsi yaxınlığından keçən hissəsində maraqlı hadisə baş verib.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bir neçə cins at magistral yol boyunca - avtomobillərin sürətlə və intensiv hərəkət etdiyi yerdə qaçarkən görüntülənib.

Atların baxımlı və cins növdən olması maraqla qarşılanıb.

Onların nəzarətsiz qalmaları və hansısa təsərrüfatdan qaçdıqları ehtimal edilir.

09.08.2026 11:46
2479