Bakıda məşhur şadlıq sarayında meyit aşkarlandı

Bakıda şadlıq sarayında meyit tapılıb.

Hadisə paytaxtın Nizami rayonunda baş verib.

Rayonun B.Çobanzadə küçəsində yerləşən "Xarı Bülbül" şadlıq sarayında Abşeron rayon sakini 1972-ci il təvəllüdlü Ələkbər Xankişi oğlu İsmayılovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır./APA

24.11.2025 14:55
1205