Bakıda MÜHÜM FORUM keçirilir - FOTOLAR

Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna start verilib.

Musavat.com xəbər verir ki, forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakı şəhərində beynəlxalq investorları, dövlət qurumlarını, şirkətləri, maliyyə institutlarını və biznes nümayəndələrini bir araya gətirən investisiya platformasıdır.

Builki forum İqtisadiyyat Nazirliyi və "The European House – Ambrosetti & TEHA Group"un strateji tərəfdaşlığı ilə keçirilir və "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub.

Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Baş nazirinin müavini Samir Şərifov oxuyub.

Nigar Həsənli
Musavat.com

25.09.2026 10:24
720