Bakıda restoranda qadın qəfil vəfat etdi

Bakıda restoranda ölüm hadisəsi baş verib.

Musavat.com Qafqazinfo-ya istinadla xəbər verir ki, iyunun 20-si saat 22 radələrində 1958-ci il təvəllüdlü paytaxt sakini Qızxanım Hüseynova Atatürk prospekti 69-da yerləşən "Lido" restoranında qəfil vəfat edib.

Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

22.06.2026 16:51
1136