Bakıda yanğın başlayıb

Bakının Nəsimi rayonu, Azadlıq prospektində məişət tullantıları yanır.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

02.06.2025 21:28
1155