Bakının mərkəzində ev YANIR

Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın başlayıb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

03.02.2026 15:27
754