Balakəndə 10 mindən çox çətənə kolu məhv edilib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2026" şərti adlı kompleks tədbirlər nəticəsində narkotik tərkibli bitkilər aşkar edilib.

Musavat.com xəbər verir ki, Hənifə kəndi ərazisində yabanı halda bitən çətənə kolları müəyyən olunub.

Məlumata əsasən, ümumi çəkisi 9 ton 800 kiloqram olan 10 min 815 ədəd çətənə kolu məhv edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

12.06.2026 22:14
611