Bazarda güclü yanğın: Ölənlər var - Bu ölkədə

İndoneziyanın Mərkəzi Papua əyalətində bazarda baş verən güclü yanğın nəticəsində 11 nəfər həyatını itirib.

Bu barədə yerli polis məlumat yayıb. Məlumata əsasən, ölənlər arasında 6 uşaq da var.

Gecə saatlarında başlayan yanğın qısa müddətdə ətrafdakı ticarət obyektlərinə də keçib. Nəticədə 40-a yaxın tikili tamamilə yanıb.

Yanğın yerli vaxtla saat 03:30 radələrində nəzarətə götürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.\\Milli.Az

07.09.2026 14:38
856