BƏƏ sakinlərinə raket təhlükəsi barədə xəbərdarlıq edildi - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sakinləri potensial raket təhlükəsi barədə xəbərdarlıq alıblar.

Musavat.com xəbər verir ki, bu barədə "Al-Hadath" telekanalı məlumat yayıb.

Bildirilib ki, müvafiq xəbərdarlıq mobil telefonlara göndərilir.

BƏƏ hakimiyyəti hələlik raket təhdidi ilə bağlı heç bir rəsmi məlumat açıqlamayıb.

BƏƏ sakinlərinə raket təhlükəsi barədə xəbərdarlıq edildi - FOTO

04.05.2026 18:11
930