Beyləqanda 67 yaşlı qadın qətlə yetirildi

Beyləqanda qətl hadisəsi baş verib.

Musavat.com-un xəbərinə görə, hadisə rayonun Bolsulu kəndində qeydə alınıb.

Kənd sakini 1958-ci il təvəllüdlü Nazilə Mustafayevanın meyiti evində tapılıb. Onun boğularaq öldürüldüyü ehtimal olunur.

Araşdırma aparılır.

28.11.2025 17:22
917