Biləsuvarda tövlədə 32 yaşlı kişinin meyiti TAPILDI

Biləsuvar rayonunda kişi meyiti tapılıb.

Meyit rayonun Əsgərabad kəndində aşkarlanıb.

Belə ki, 1993-cü il təvəllüdlü Nicat Vüqar oğlu Kazımlı yaşadığı mənzilin həyətində olan tövlədə ölü tapılıb. Onun hansı şəraitdə öldüyü araşdırılır.

Faktla bağlı araşdırma davam etdirilir.//APA

30.11.2025 22:26
699