Biləsuvarda yük avtomobili kanala aşdı

Biləsuvar rayonunun Nərimankənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Masallı rayon sakininin idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq kanala aşıb.

Hadisəyə təkərin partlaması səbəb olub.

Qəza zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

26.08.2026 20:42
670