Binəqədidə yaşayış binasında YANĞIN

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinə, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Musavat.com FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

04.11.2025 16:26
670