BMT-nin qərargahında bayraqlar yarıya endirildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında təşkilatın embleminin əks olunduğu bayraqlar yarıya endirilib.

"Report"un məlumatına görə, bu qərar bazar günü helikopter qəzasında həlak olan İran prezidenti, xarici işlər naziri və digər rəsmilərin xatirəsinə hörmət əlaməti olaraq qəbul edilib.

Xatırladaq ki, mayın 19-da İran-Azərbaycan sərhədi yaxınlığında İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterin bütün sərnişinləri və ekipaj üzvləri həlak olublar.

22.05.2024 02:11
769